FIFA Azərbaycan klublarının transferə xərclədiyi məbləği açıqladı

FIFA dünya futbol klublarının 2018-ci il üçün transfer hesabatını təqdim edib.

Newsport.az-ın məlumatına görə, keçən il 13 Azərbaycan klubu beynəlxalq transfer əməliyyatlarında iştirak edib. Bu, 2017-ci illə müqayisədə 35 faiz aşağıdı.

Azərbaycan klubları futbolçu transferləri zamanı il ərzində ümumilikdə 2,1 milyon dollar xərcləyib. Bu, 2017-ci illə müqayisədə 61,6 faiz azdı. Ölkəmiz bu göstəricidə 47-ci sıradadı.

Transferlərdə qazanclar isə az qala ikiqat artıb. Klublarımız keçən il futbolçu satışından 1,4 milyon dollar qazanıb. Bu isə 2017-ci illə müqayisədə 95,7 faiz çoxdu. Azərbaycan bu göstəriciyə görə 73-cüdü.

Xərc və gəlirlərin fərqinə gəlincə, burda 0,7 milyon avro ziyan qeydə alınıb.

Keçən il xarici klublardan 77 futbolçu Azərbaycana transfer olunub (2017-ci illə müqayisədə 30 faiz az). Azərbaycan klublarını tərk edən futbolçuların sayı isə 58 olub. Bu göstərici bir il əvvəllə müqayisədə 16 faiz çoxdu.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right