"Futbolçuların çoxu başqa ölkə komandalarının transfer siyahısına düşüb" Millimizin baş məşqçisi

“Bu təlim-məşq toplanışında ən güclü komandaya qarşı oynadıq".

Newsport.az-ın məlumatına görə, bu sözləri 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Vüqar Məmməd Türkiyənin Antalya bölgəsində Rusiyanın "Dinamo" (Moskva) komandası ilə 0:0 hesablı heç-heçə etdikləri yoxlama oyununudəyərləndirərkən deyib.

Gənc mütəxəssis komandaya lazım olan taktiki oyun planına uyğun oyun nümayiş etdirdiklərini bildirib: "Bütün futbolçulardan razı qaldım. Bizə məhz belə sürətli, yüksək tempə uyğun oyunlar lazımdır. İstər fiziki, istərsə də taktiki planda rəqibdən geri qalmadıq. Meydanda məşqlərdə çalışdığımız tapşırıqları yerinə yetiririk".

Vüqar Məmməd millimizin üzvlərinin xarici ölkə klublarının maraq dairəsində olduğunu sözlərinə əlavə edib: "Onların çoxu başqa ölkə komandalarının transfer siyahısına düşüb. Həqiqətən onlar gördükləri işə görə buna layiqdirlər”. 

Qeyd edək ki, millimiz bundan əvvəl “Tromse” klubunun müvafiq yaş qrupundan ibarət komandası (2:2), Rusiyanın "Krasnodar-3" (1:1) və Küveytin U-19 yığması (1:1) ilə sınaq matçlarında da heç-heçə edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right