"Səbail" ukraynalı qapıçını transfer etdi

Emil Balayevi Qazaxıstanın "Tobol" klubuna satan "Səbail" yeni qapıçı alıb.

Newsport.az klubun saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi ukraynalı qolkiper Alaksandr Rıbkanı transfer edib. Müqavilə detalları açıqlanmayıb.

Qeyd edək ki, Kiyev "Dinamo"sunun sabiq qapıçısı bir müddət Ukrayna millisinə də dəvət alıb. 32 yaşlı qolkiperin son klubu Türkiyənin birinci liqa təmsilçisi "Afyonspor" olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right