Dario Frederiko Cənubi Koreya klubunda

"Neftçi”nin futbolçusu Dario Frederiko Cənubi Koreya klubuna transfer olunub. Newsport.az klubun saytına istinadən xəbər verir ki, braziliyalı legioner komandanın Türkiyənin Antalya şəhərində keçdiyi təlim-məşq toplanışının sonuncu günündə paytaxt təmsilçisinin rəhbərliyinə ona sərfəli təklif gəldiyini bildirib.

O, meneceri vasitəsilə başqa klubdan dəvət alıb. Daha sonra tərəflər arasında bununla bağlı danışıqlar başlayıb. "Neftçi”nin tələb etdiyi kompensasiya Cənubi Koreyanın "Daequ” klubu tərəfindən ödənildikdən sonra braziliyalı futbolçunun keçidinə icazə verilib.

Qeyd edək ki, Dario Frederiko bu mövsüm "Neftçi”nin heyətində 17 oyunda meydana çıxıb, 3 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right