Mübariz Mənsimov: "Xəzər Lənkəran mütləq yaşıl meydanlara geri dönəcək"

"Xəzər Lənkəran" fəxri-prezidenti Mübariz Mənsimov klubun yenidən fəaliyyət göstərib-göstərməyəcəyi barədə gəzən söz-söhbətlərə aydınlıq gətirib.

Newsport.az xəbər verir ki, azərbaycanlı iş adamı "facebook" sosial şəbəkəsində izləyicilərdən birinin "Xəzər Lənkəran" nə zaman geri dönəcək" sualına belə cavab verib: "Xəzər Lənkəran" AFFA-dakı oğrular nə zaman getsə, onda geri dönər. Biz onlar kimi rüşvət və oğurluq etməklə pul qazanmırıq. Bizim pulumuz Allahın bizə verdiyi ruzi olan dənizdən çıxır. 10 min dənizçinin çalışdığı yerdə düzgünlük etməsəm, şorba yeyə bilmərəm, insanları ahı məni tutar. Dəyərli qardaşım, ona görə də indi gözləməliyik. Ancaq sizə söz verirəm, bizim "Xəzər Lənkəran" mütləq yaşıl meydanlara geri dönəcək. Əzizlərim, bunun dönüşü möhtəşəm olacaq".

Qeyd edək ki, 2004-cü ildə yaranan Lənkəran təmsilçisi 2016-cı ildə fəaliyyətini dayandırıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right