"Qarabağ" Çempionlar Liqası səviyyəsindədir" "Şaxtyor"un futbolçusu

"Deməzdim ki, "Qarabağ" "Hayduk"dan daha zəifdir. Bu, güclü komandadır. Onlar Çempionlar Liqası, Avropa Liqası səviyyəsindədir".

Newsport.az-ın məlumatına görə, bu sözləri Donetsk "Şaxtyor"unun müdafiəçisi Sergey Krivçov Türkiyədə təlim-məşq toplanışı çərçivəsində yoxlama oyunları barədə "Komanda 1"ə müsahibəsində deyib.

O, Ağdam klubu ilə matçda daha yaxşı təsir bağışladıqlarını bildirib: "Çünki daha çox hazırlaşmışdıq. Biz yaxşı rəqiblə oynadıq. Ona görə də Türkiyədəki hər iki matç hazırlığımız üçün faydalı idi. "Qarabağ"la görüşdə isə komandanın oyunu daha yaxşı alındı".

Qeyd edək ki, "Şaxtyor" "Qarabağ"a 3:1 hesabı ilə qalib gəlib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right