“Azərbaycana gedə bilərdim” – Almaniya klubunun məşqçisi

“Futbolçu karyeramı erkən bitirdiyimi düşünmürəm”. Newsport.az xəbər verir ki, bu sözləri Yunanıstan millisinin sabiq futbolçusu İoannis Amantidis deyib.

Hazırda Almaniyanın “Sankt Qallen” klubunda məşqçi kimi çalışan sabiq hücumçu müsahibəsində 2011-ci ilcə verdiyi qərara aydınlıq gətirib. 29 yaşında futbolçu karyerasını bitirən Amantidis həmin vaxt Azərbaycanda oynamaqdan imtina etdiyini də açıqlayıb.

“Ştutqart”, “Kayzerslautern” və “Ayntraxt”la Bundesliqada oynamış hücumçu nisbətən zəif çempionatlarda oynamaqdansa, məşqçiliyə başlamağa üstünlük verib: “Həmin vaxt Ukrayna və ya Azərbaycana gedə bilərdim. Amma Bakıda nə edəcəkdim? Mən heç vaxt başqaları kimi acgöz olmamışam”.

Qeyd edək ki, Amantidis 2002-09-cu illərdə çıxış etdiyi Yunanıstan yığmasında 35 oyunda 3 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right