Reynaldo sıraya döndü

“Qarabağ” Azərbaycan Premyer Liqasının 15-ci turunda “Neftçi”yə qarşı keçirəcəyi matç üçün hazırlığa start verib.

Newsport.az xəbər verir ki, Ağdam təmsilçisi iki günlük istirahətin ardından klubun bazasında bir araya gəlib. Axşam saatlarında başlayan hazırlıq təxminən 1,5 saat davam edib.

Məşqdə zədədən sonra bərpa dövrünü başa vuran Reynaldo da iştirak edib. 

Qeyd edək ki, fevralın 3-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Neftçi" matçına saat 18:30-da start veriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right