Emil Balayev üçün 51 min avro Foto

Qazaxıstan “Tobol”u rəsmi saytı vasitəsi ilə Emil Balayevin transferini açıqlayıb. Kostanay təmsilçisi “Səbail”dən aldıqları millimizin üzvünü azad agent kimi təqdim edib.
 
Newsport.az xəbər verir ki, 24 yaşlı qolkiper 2 illik müqavilə bağlayıb. Onun üçün 51 min avro ödəndiyi, özünün isə illik 200 min avro alacağı qeyd olunub.
 
Maraqlıdı ki, azad agent üçün həmin pulun hara ödəndiyi göstərilməyib. Ya xəbərdə yanlışlıq var, ya da pul “Səbail”ə deyil, kiminsə cibinə gedib.
 
Bu haqda məlumat yayan vesti.kz Balayevin “Neftçi”, “Sumqayıt”, “Araz-Naxçıvan”, “Qarabağ” kimi klublarda oynamasını, “Ayntraxt”da çıxış etməsini də qeyd edib.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right