Mərkəzi oyunun qalibi “Xəzər Cənub” oldu

Bu gün futzal üzrə Yüksək Liqada keçirilən “Xəzər Cənub” – “Neftçi” İK qarşılaşması ilə 15-ci tura yekun vurulub. Newsport.az xəbər verir ki, oyunun fasiləsinə qədər tərəflər hərəyə bir dəfə fərqlənib.

İkinci hissədə çempionatın ən məhsuldar oyunçusu olan Hadi Rezvan rəqib torunu silkələməklə komandasını hesabda önə keçirib. Düzdü, Rüfət Balakişiyev kapitan kimi “gəmi”ni batmaqdan xilas etməyə çalışsa da, “Xəzər Cənub”un yeni transferi Səcəd Nəsihi dubl etməklə fərqi yenidən bərpa edib. Beş oyunçu ilə mübarizəyə başlayan “Neftçi” tezliklə qapısından 4-cü topu buraxıb.


Yüksək Liqa
15-ci tur

29 yanvar


Xəzər Cənub – Neftçi İK 4:2
Qollar: S. Nəsihi, 16:21, 34:28, H. Rezvan, 24:51, A. Şocaei, 37:12 - V. Borisov, 18:50, R. Balakişiyev, 33:20.
Hakimlər: Azər Əsgərov, Anar Fərəcov, Rahin Heybətov.
29 yanvar. Bakı İdman Sarayı. Saat 14:30.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right