“Qəbələ” “Sumqayıt”la oyun üçün hazılığa başladı

“Qəbələ” Topaz Premyer Liqasının 15-ci turu üçün hazırlığa start verib. Newsport.az xəbər verir ki, Türkiyənin Antalya şəhərində təşkil olunan təlim-məşq toplanışından sonra iki günlük istirahətə buraxılan komanda Bakıda bir araya gəlib.

“Sumqayıt”la fevralın 3-də keçiriləcək qarşılaşmanın ilk hazırlığı Bakı Olimpiya Stadionunda baş tutub. Günün ilk yarısına təsadüf edən məşq prosesi iki hissədən ibarət olub. Futbolçular əvvəl fiziki hazırlıq keçiblər. Ardınca meydanda məşq edən oyunçular əsasən toplu çalışmaları yerinə yetiriblər. Komandanın növbəti məşqi sabah paytaxtda baş tutacaq.


Xatırladaq ki, fevralın 3-də keçiriləcək “Qəbələ” – “Sumqayıt” oyunu saat 14:00-da başlayacaq. Matç Qəbələ şəhər stadionunda keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right