AFFA Avro-2020-nin oyunlarına bilet satışının vaxtını açıqladı

AFFA Avro-2020-nin Bakıda keçiriləcək oyunları üçün biletlərin satışa çıxacağı tarixi açıqlayıb.

Newsport.az xəbər verir ki, bilet satışına 12 iyun tarixindən başlanması planlaşdırılır. Bu barədə federasiyanın rəsmi saytında Avropa çempionatının başlamasına 500 gün qalması ilə bağlı yerləşdirilmiş yazıda məlumat verilib.

UEFA-nın rəsmi saytı da Avro-2020-nin oyunları üçün bilet satışına eyni tarixdə - iyunun 12-də start veriləcəyini açıqlayıb.

Qrup mərhələsinin 3, 1/4 final mərhələsinin isə 1 oyunu Bakı Olimpiya Stadionunda təşkil olunacaq. 68700 nəfərlik arenada matçlar müvafiq olaraq, 13 iyun, 17 iyun, 21 iyun və 4 iyulda keçiriləcək.

Xatırladaq ki, 2020-ci ildə Avropa Çempionatı 12 müxtəlif ölkənin 12 müxtəlif şəhərindəki 12 müxtəlif stadionda keçiriləcək. Bu 12 məkanın hər birində ən azı 3 qrup mərhələsi və 1 play-off mərhələsi oyunu təşkil olunacaq. Avro 2020-nin final oyununu Londondakı Uembli Stadionu qəbul edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right