“Gəncə”nin baş məşqçisinə ağır cəza

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Newsport.az xəbər verir ki, yığıncaqda müxtəlif turnirlər çərçivəsində yaşanan xoşagəlməz hadisələr müzakirə olunub.

Yığıncaqda ən ağır cəza “Gəncə” klubunun baş məşqçisi İlham Səmədova verilib. U-16 Liqasının “Sabah”la matçının 47-ci dəqiqəsində hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırılan çalışdırıcı 5 oyunluq cəza alıb.

Futzal üzrə Azərbaycan çempionatının Yüksək Liqasının “Yasamal” İSK  – “Liman” matçında baş verənlər də diqqətdən kənar qalmayıb. Oyunun 36-cı dəqiqəsində aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılan “Liman”ın futbolçusu Haqverdi Həsənov və “Yasamal” İSK-in üzvü Amil Əlimirzəyev 4 oyun “istirahət edəcək”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right