UEFA-dan 2 təyinat

FİFA referisi Hikmət Qafarlı dünya çempionatının Avropa zonası üzrə ilkin mərhələnin oyunlarına təyinat alıb. Newsport.az Azərbaycan Futzal Federasiyasına istinadən xəbər verir ki, həmyerlimiz yanvarın 30-da keçiriləcək Bolqarıstan - Monteneqro oyununda iş başında olacaq.
 
O, qarşılaşmanın ikinci hakimi kimi ədalət prinsiplərini qoruyacaq. Görüşün birinci hakimi Kostas Nikolaou (Kipr), üçüncü referisi isə Daniele Dadamo (San Marino) olacaq.
 
Qafarlı bir gün sonra keçiriləcək Monteneqro – Hollandiya oyununda isə birinci hakim funksiyasını yerinə yetirəcək. Ona ikinci hakim kimi Xavier Moreno Reina (ispaniya) və üçüncü hakim kimi Kostas Nikolaou (Kipr) kömək edəcək. Üçüncü oyunla bağlı təyinatlar hələ açıqlanmayıb.
 
Qeyd edək ki, bu qrupun oyunları Bolqarıstanda keçiriləcək. Yekunda ikinci pilləni tutacaq komanda əsas mərhələdə millimizlə eyni qrupda mübarizə aparacaq.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right