Emil Balayev "Tobol"da

Azərbaycan millisinin qapıçısı Emil Balayevin "Tobol"a keçidi reallaşıb. Newsport.az xəbər verir ki, bu barədə Qazaxıstanın vesti.kz saytı məlumat yayıb.

Bildirilir ki, futbolçudan sonra klubu "Səbail"in də bu keçidə razılığı alınıb. Transfermarktda qiyməti 400 min avro göstərilən 24 yaşlı qolkiperin transferindən "Səbail"in 52 min avro qazanc götürdüyü vurğulanıb. Lakin Balayevin müqavilə müddəti və illik məvacibi barədə məlumat verilməyib.

"Tobol" qış fasiləsində iki qapıçı - Dmitri Nepoqodov və Vyaçeslav Kotlyarla yollarını ayırıb. Həmçinin Aslan Darabayev, Marat Bıstrov və Tanat Nuserbayev də yola salınıb. Kapitan Nurbol Jumaskaliyev isə karyerasını başa vuraraq, klubun idman direktoru təyin olunub. "Tobol" Balayevi əsas qapıçı kimi transfer edib.

Qeyd edək ki, 2018-ci ildə Qazaxıstan çempionatının bürünc medallarına layiq görülən "Tobol" gələn mövsüm Avropa Liqasında mübarizə aparacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right