“Zirə” Fofana ilə müqavilə imzaladı

“Zirə" heyətini yeni futbolçu ilə gücləndirib. Newsport.az klubun saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi Fil Dişi Sahilindən olan İsmail Fofana ilə anlaşıb.

Hücumçu ilə 6 ay + 1 illik müqavilə bağlanılıb. 30 yaşlı hücumçunun son klubu Serbiyanın "Voyvodina" klubu olub.

Qeyd edək ki, “Zirə” bunadək Bəxtiyar Həsənalızadə, Orxan Sadıqlı və Mfo Kqasvaneni heyətinə qatmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right