Rakitiç yeni klubunu seçdi

"Barselona"nın yarımmüdafiəçisi İvan Rakitiç mövsümün sonunda klubunu dəyişəcək. Newsport.az saytının xarici mətbuata istinadən məlumatına görə, Xorvatiya millisinin üzvü Fransaya köçməyə hazırlaşır.

Frenki de Yonq və Adrien Rabyonun yayda "Barsa"ya qoşulacağını nəzərə alan 31 yaşlı orta sahə oyunçusu əsas heyətdəki yerini itirəcəyini düşünür. Bu üzdən o, indidən PSJ ilə danışıqlara start verib. Maraqlıdı ki, Barselonada övladını məktəbdən çıxaran Rakitiç fransız dilində olan məktəblərdən birinə yazdırıb. Həmçinin özü də bu dili öyrənməyə çalışır.

Qeyd edək ki, İvan Rakitiç "Barselona"ya 2014-cü ildə "Sevilya"dan keçib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right