"Qəbələ"nin sabiq futbolçusu üçün 300 min avro ödənildi

"Qəbələ"nin sabiq futbolçusu Deyv Bultuis karyerasını Cənubi Koreyada davam etdirəcək.

Newsport.az xəbər verir ki, elita təmsilçisi "Ulsan" Hollandiyanın "Herenven" klubunda çıxış edən cinah müdafiəçisini rənglərinə bağlayıb. Asiya təmsilçisi 28 yaşlı futbolçu üçün 300 min avrosundan keçib.

Qeyd edək ki, hollandiyalı futbolçu 2017-ci ildə Almaniyanın "Nürnberq" klubundan "Qəbələ"yə keçmişdi. Bultuis "qırmızı-qaralar"da altı ay çıxış etdikdən sonra Hollandiyaya Erediviziyasına üz tutmuşdu.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right