Ufuk Budakın komandasında yeni baş məşqçi

Türkiyənin “Boluspor” klubunun yeni baş məşqçisi məlum olub. Newsport.az xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Ufuk Budakın formasını geyindiyi 1-ci liqa təmsilçisinin “sükan”ı Orhan Kaynaka tapşırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Kaynakla mövsümün sonuna qədər müqavilə imzalanıb.

“Boluspor”da bir müddət əvvəl baş məşqçi Sait Karafırtınalar vəzifəsindən göndərilmişdi.

Ufuk Budak “Boluspor”da cari çempionatda 14 oyuna çıxıb və 1 məhsuldar ötürmə verib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right