Nadir Nəbiyev federasiya prezidenti seçildi

Bu gün Qərb Regional Futbol Federasiyasının Konfransı keçirilib. Newsport.az xəbər verir ki, tədbir Tovuz şəhər stadionunda təşkil olunub.
 
Yığıncaqda qurumun prezidenti Mehdi Salmanov istefa verib. Konfrans üzvlərin onun istefasını qəbul edib.
 
Ardınca prezident postuna seçki keçirilib. Azərbaycan millisinin sabiq futbolçusu, “Turan Tovuz” klubunun icraçı direktoru Nadir Nəbiyev quruma yeni prezident seçilib.
 
Qeyd edək ki, Nəbiyev futbolçu karyerası ərzində “Turan”, “Neftçi”, “Xəzər Lənkəran” və “Standard” klublarında çıxış edib.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right