Nigeriya millisinin üzvü ölkəmizdə oynamaqdan imtina etdi

Qazaxıstanın "Atırau" klubunun futbolçusu Babatunda Adeniyinin ölkəmizdə oynamaq şansı yaranıb.  

 

Newsport.az xəbər verir ki, nigeriyalı hücumçu paytaxtın "Keşlə" klubundan təklif alıb. Lakin tərəflər arasında danışıqlar müsbət nəticələnməyib.  Hücumçu karyerasını Qazaxıstanda davam etdirmək qərarına gəlib.  

 

24 yaşlı hücumçu "İrtış" klubu ilə müqavilə imzalayıb. Nigeriya millisinin üzvü yaxın günlərdə yeni komandasının düşərgəsinə qoşulacaq. 

 

Qeyd edək ki, Adeniyi ötən mövsüm "Atırau"nun heyətində 30 oyun keçirib və 8 qolla yadda qalıb.  





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right