Aftandil Hacıyev: “Daha 2-3 futbolçu ilə müqavilə bağlayacağıq”

“Səbail”in baş məşqçisi Aftandil Hacıyev klubun mətbuat xidmətinə açıqlama verib.

Newsport.az xəbər verir ki, gənc mütəxəssis mövsümün ikinci yarısına hazırlıqdan danışıb, həmçinin Türkiyə toplanışını dəyərləndirib:

“Mövsümün ikinci yarısı üçün hazırlığa Bakıda başlamışdıq və diqqətimizi futbolçuların fiziki formasının formalaşmasına yönəltmişdik. Sonra isə Türkiyədə təlim-məşq toplanışına davam edərək, həmçinin taktiki və texniki təlimləri də əlavə etdik.

Türkiyədə 4 oyun keçirməyi planlaşdırmışdıq və əlavə bir oyun haqqında təlim-məşq toplanışının gedişatı zamanı razılaşdıq. 5-ci oyun əlverişsiz hava şəraiti ilə əlaqədər olaraq ləğv olundu. Bütovlükdə, bu mərhələdə hazırlığın nəticələrini qənaətbəxş adlandırmaq olar. Futbolçuların hamısı optimal formanı yığa bilmədi, amma bizim hələ çempionatın başlanğıcına qədər bir həftəmiz var və buna hazır olacağıq. Həmçinin çempionatın başlanğıcına qədər iki və ya üç futboçu ilə müqavilə imzalamağı planlaşdırırıq".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right