"Zirə"dən ilk

Zirə” Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışını başa vurub.

Newsport.az-ın məlumatına görə, 2018/19 mövsümünün ikinci yarısına hazırlıq üçün yanvarın 12-də qonşu ölkəyə yollanan “qartallar” 14 günlük toplanış gerçəkləşdirib.

İki həftəlik hazırlıq prosesində Samir Abasovun yetirmələri 3 yoxlama oyununda qüvvəsini sınayıb. Yanvarın 18-də Rumıniyanın “Voluntari” klubu ilə qarşılaşan komanda 1:0 hesabı ilə qalib gəlib. “Zirə”nin Antalyadakı ilk qoluna Pərdis Fərcad-Azad imza atıb. 4 gün sonra Macarıstan “Paksi”si ilə görüşən “qartallar” yenə eyni hesabla qələbə qazanıb. Bu dəfə İlkin Qırtımov fərqlənib.

Yanvarın 26-da keçirilən son sınaqda isə rəqib Rusiya “Tambov”u olub. Yenə qol buraxmadan qalib gələn “Zirə” 2:0 hesabı ilə qələbə qazanıb. Rəqib qapısına Bilal Həmdi və Aleksandr Dedov yol tapıb.

Beləliklə, Abasovun yetirmələri Antalya toplanışında keçirdiyi hər üç qarşılaşmada qalib gəlib. 4 top vuran komanda qapısını toxunulmaz saxlayıb.

Yoxlama oyunlarındakı belə nəticə klubun tarixində də ən yaxşı göstəricidi. Premyer Liqada oynamaq hüququ qazandığı 2015-ci ilin yayından başlayaraq ildə 2 dəfə Türkiyəyə yollanan "Zirə" belə nəticələrə imza atmamışdı. Belə ki, komanda” ilk dəfə toplanışı 3 qələbəylə başa vurub, bunadək 2-dən artıq qələbə əldə etməmişdi. Antalyada keçirdiyi 3 oyunda qapısında qol görməyən “Zirə” ilk dəfə qonşu ölkədən qol buraxmadan dönür. İndiyədək ən yaxşı halda 1 dəfə rəqib qolu qeydə alınmışdı.

Bununla da “qartallar” 2018-ci ilin yayında başlayan beynəlxalq yoxlama oyunlarındakı uğurlu seriyalarını davam etdirib. 2018-ci ilin yayındakı toplanışda da məğlubiyyətlə üzləşməyən komanda 7 matçdır yenilmir. Son 6 görüşdə qapısından qol buraxmayan zirəli futbolçular ardıcıl 5-ci "quru hesablı" qələbəsini qazanıb.

Belə ki, ötən toplanışın son iki görüşündə “Osmanlıspor” (Türkiyə) 1:0, “Traktorsazi”nin U-23 (İran) komandası 3:0 hesabı ilə məğlub edilmişdi. Bu oyunlardan əvvəl isə “Girəsunspor”la (Türkiyə) duel qolsuz bitmişdi. Qətər “Əl-Xaritiya”sına da uduzmayan “Zirə” son qolunu həmin qarşılaşmada buraxıb – 1:1.

Xatırladaq ki, “Tambov” üzərində qələbə beynəlxalq yoxlama oyunlarında 10-cu olub. 21 matçda 4 heç-heçə və 7 məğlubiyyəti də olan komanda 27 qol vurub 18-ni buraxıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right