Millimiz Norveç klubu ilə heç-heçə etdi

Antalyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoxlama oyunu keçirib.

Newsport.az-ın məlumatına görə, Norveçin “Tromse” klubunun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşma 2:2 hesabı ilə başa çatıb. Komandamızın heyətində Tural Bayramov və Sərhad Daşdəmir fərqlənib.

Qeyd edək ki, millimizin bundan əvvəl Rusiyanın "Krasnodar-3" və Küveytin U-19 yığması ilə sınaq matçlarında da qalib müəyyənləşməyib - 1:1.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right