"Zirə" sonuncu oyunda da qalib gəldi

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Zirə" bu gün sonuncu yoxlama matçına çıxıb.

Newsport.az-ın məlumatına görə, rəqib Rusiyanın birinci divizionunun lideri "Tambov" olub. Samir Abasovun komandası rusların qapısından 2 cavabsız top keçirib. Bununla da "Zirə" qardaş ölkədə keçirdiyi 3-cü sınaq matçını da qələbə ilə başa vurub.

 

Qeyd edək ki, "Zirə"bundan əvvəlki yoxlama oyunlarında Rumıniya "Voluntari"sinə və  Macarıstan "Paksi"sinə qalib gəlib - 1:0.

26 yanvar

19:30. "Zirə" - "Tambov" (Rusiya) - 2:0
Qollar:
 Bilal Həmdi, 42, Alekandr Dedov, 54





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right