"Qəbələ"dən əzmkar qələbə

Türkiyədə təlim-məşq toplanışında olan "Qəbələ" bu gün sonuncu yoxlama matçını keçirib.

Newsport.az-ın məlumatına görə, "qırmızı-qaralar" Macarsıtanın MTK klubu ilə qarşılaşıb. Əlverişsiz hava şəraiti ilə bağlı görüş əvvəlcədən nəzərdə tutulduğu kimi 19:00-da yox, 20 dəqiqə gecə başlayıb. "Qəbələ" 2 dəfə hesabda geri düşdüyü matçda əzmkar qələbə qazanıb - 3:2.

Xatırladaq ki, Budapeşt təmsilçisi yanvarın 19-da "Sabah"a 1:3 hesabı ilə uduzub.

Qeyd edək ki, "Qəbələ" Antalya toplanışı çərçivəsində buna qədər Almaniya "Mappen"inə uduzub (1:2), Rusiya "Yenisey"i ilə heç-heçə edib (2:2).


26 yanvar

 

Yoxlama görüşü

19:20. "Qəbələ" (Azərbaycan) - MTK (Macarıstan) - 3:2
Qollar:
 Cavid Hüseynov, 40-pen., Lalavele Atakora, 74, Sabien Lilay, 79
Antalya. "Titanic" otel





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right