Pedro Enrike geri dönür

"Astana"da xoşbəxt olmayan Pedro Enrike PAOK-a dönmək üçün günlərini sayır.

Newsport.az-ın məlumatına görə, müqavilə ilə Yunanıstan klubuna məxsus olan 28 yaşlı futbolçu komandasına qayıdacaq. Braziliyalı vingerin "Astana" ilə müqaviləsinin baş çatmasına altı ay qalıb, lakin klublar arasında danışıqlardan sonra anlaşma pozulacaq. Bu işin növbəti həftəyə həll olunacağı gözlənilir. 

Qeyd edək ki, Pedro Enrike ötən mövsümü icarə əsasında "Qarabağ"da keçirmişdi. PAOK ötən yay Pedronu "Astana"ya bir illik icarəyə vermişdi. Futbolçunun adı bir müddət əvvəl "Qarabağ"la hallanırdı.

sport24.gr





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right