Paulu Fonseska: "Qarabağ" möhkəm komandadır"

Ukraynanın "Şaxtyor " klubunun baş məşqçisi Paulu Fonseka Antalya toplanışında "Qarabağ"a qalib gəldikləri (3:1) yoxlama matçı barədə danışıb.

Newsport.az klubun saytına istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis "Qarabağ"ı güclü komanda adlandırıb:

"Yaxşı oyun nümayiş etdirdik. Xüsusilə də ilk hissəni qeyd edərdim. Bütün istəklərimiz baş tutdu. Yaxşı təşkilatlanmış komandaya qarşı oynadıq. Rəqibimizin "Vorskla" və "Sportinq"ə qarşı bir neçə oyununu izləmək vaxtı tapmışdım. Komandam bilirdi ki, qarşılaşma çətin olacaq. Çünki "Qarabağ" möhkəm və avrokuboklar iştirakçısıdır. Təəssüf ki, bu ərəfələrdə hava şəraiti yaxşı deyil, lakin oyundan məmnun qaldım".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right