Miçel və Zubir komanda ilə məşqlərə başladı

 Antalyada qış təlim-məşq toplanışında olan "Qarabağ" sonuncu məşqinə çıxıb.

Newsport.az-ın klubun saytına istinadən yaydıı xəbərə görə, komandanın son hazırlığı dünən axşam saatlarında meydançada keçirilib. Futbolçular isinmə hərəkətlərinin ardından taktiki çalışmaları yerinə yetirib. Məşq iki tərəfli oyunla yekunlaşıb.

Mikrozədələri olan iki futbolçu - Miçel və Abdullah Zubir komanda ilə məşqlərə başlayıb. Digər zədəli oyunçusu Reynaldo Silva isə fizioterapevt nəzarəti altında fərdi məşqlə kifayətlənib.

Qeyd edək ki, "Qarabağ" bu gün sonuncu yoxlama oyununa çıxacaq. Ağdam təmsilçisi Bakı vaxtı ilə 12:00-da Donetsk "Şaxtyor"u ilə qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right