Reynaldo fərdi məşq etdi

"Qarabağ" Antalyada baş tutan qış təlim-məşq toplanışında sonuncu məşqinə çıxıb. Newsport.az xəbər verir ki, Son hazırlıq axşam saatlarında baş tutub.
 
Futbolçular isinmə hərəkətlərinin ardından taktiki çalışmaları yerinə yetirib. Məşq ikitərəfli oyunla yekunlaşıb.
 
Mikrozədələri olan iki futbolçu – Miçel Madera və Abdullah Zubir komandaya qoşulub. Digər zədəli futbolçu Reynaldo Silva isə fizioterapevt nəzarəti altında fərdi məşqlə kifayətlənib.
 
Ağdam klubu sabah yerli vaxtla 12:00-da Ukraynanın "Şaxtyor" klubuyla yoxlama matçı keçirəcək. Qarşılaşma "CBC Sport" telekanalı vasitəsiylə canlı yayımlanacaq.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right