Dario Frederiko: "Gəlin, "Qarabağ"la oyunda qələbəyə can ataq"

"Bilirik ki, bu, finala bərabər gərgin matç olacaq. Mövsümün sonuna 2 dövrə və onlarla daha bir oyununun qalmasına baxmayaraq, bu, üstünlüyümüzdən yararlanmaq üçün müstəsna imkandı. Lakin biz qarşılaşmaya yaxşı hazırlaşmışıq və oyun baxımından mümkün dəyişiklikləri bilirik. Fikrimcə, baxımlı görüş olacaq". Newsport.az xəbər verir ki,  bunu "Neftçi"nin futbolçusu Dario Frederiko fevralın 3-də səfərdə "Qarabağ"la keçirəcəkləri Topaz Premyer Liqasının XV tur matçı barədə "Torcedores"ə açıqlamasında deyib.
 
Braziliyalı yarımmüdafiəçi bildirib ki, mövsümün ikinci yarısındakı ilk oyunda heç-heçə də komandası üçün pis nəticə sayılmayacaq: "Görüşdə bərabərlik qeydə alınsa, yaxşı olar. Çünki biz lider kimi qalacaq və üstünlüyümüzü qoruyacağıq. Lakin futbolda hər gün sübut edir ki, qələbəyə can atmayan komanda meydanı məğlub tərk edir. Gəlin, oynayaq, qələbə qazanmağa çalışaq və bu, baş versə, xal fərqini qoruyaq. Belə mübarizə maraqlı olacaq".
 
Qeyd edək ki, "Neftçi" klubu 14 turdan sonra 33 xalla liderdir. İkinci pillədəki "Qarabağ"ın isə 30 xalı var.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right