"Qəbələ" - MTK matçının saatı açıqlandı

Türkiyədə təlim-məşq toplanışında olan "Qəbələ" sabah 3-cü sınağına çıxacaq. Newsport.az saytının məlumatına görə, bu, Sənan Qurbanovun kollektivinin toplanış çərçivəsində son yoxlama görüşü olacaq.

"Qırmızı-qaralar" Budapeşt MTK-sı ilə qarşılaşacaq. Macarıstan təmsilçisi ilə görüş "Titanic" otelin meydançasında keçiriləcək və Bakı vaxtı ilə 19:00-da başlayacaq.

Qeyd edək ki, "Qəbələ" Antalya toplanışı çərçivəsində buna qədər 2 oyun keçirib. Almaniya "Mappen"inə yenilib (1:2), Rusiya "Yenisey"i ilə heç-heçə edən (2:2) bölgə təmsilçisinin "Fakel"lə iki gün əvvəlki sınağı əlverişsiz hava ucbatından baş tutmamışdı





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right