“Sabah”ın baş məşqçisi: “Gənclərdən təşkil olunmuş komanda ilə çıxış edəcəyik”

Birinci divizionda çıxış edən “Sabah-2” Şamaxıdakı təlim-məşq toplanışını başa vurub. Newsport.az klubun “facebook” səhifəsinə istinadən xəbər verir ki, əvəzedicilərin baş məşqçisi Vasif Haqverdiyev toplanış barədə fikirlərini bildirib:
 
“Qış fasiləsində komandanı bir neçə futbolçu tərk etdi. Hazırda heyətimizin əsasını 2000, 2001 və 2002-ci il təvəllüdlü futbolçular təşkil edir. Yəni mövsümün ikinci yarısında tam şəkildə gənclərdən təşkil olunmuş komanda ilə çıxış edəcəyik. Toplanış bizim üçün yaxşı keçdi. Sadəcə, bir neçə zədəli futbolçumuz oldu. Hazırda həmin oyunçular bərpa dövrünü keçirlər. Onlar sıraya qayıtdıqdan sonra komanda tam komplektləşəcək”.
 
Mütəxəssis vaxta ehtiyaclarının olduğunu dilə gətirib: “Yoxlama oyunlarında futbolçulara əsas komandanın tətbiq etdiyi oyun sistemini aşılamağa çalışdıq. Oyunçular onlardan tələb olunanın 60-70 faizini yerinə yetirdilər. Təbii ki, səhvlər var idi. Bunların da üzərində işləyəcəyik. Bu uşaqlara vaxt lazımdır ki, bu sistemi tam mənimsəsinlər. Fikrimcə, uşaqlar bundan daha yaxşısını edə bilərlər. Sadəcə, vaxta ehtiyacımız var. Məncə, təlim-məşq toplanışı yaxşı keçdi. Fikrimcə, bu hazırlığın bizə çox xeyri olacaq”.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right