"Qarabağ" - "Şaxtyor" matçının vaxtı dəqiqləşdi

"Qarabağ"ın Antalya toplanışı davam edir. Newsport.az saytının məlumatına görə, Ağdam təmsilçisi sabah son yoxlama görüşünə çıxacaq.

Qurban Qurbanovun komandasının Donetsk "Şaxtyor"u ilə matçının vaxtı müəyyənləşib. Belə ki, ukraynalılarla duel Bakı vaxtı ilə 12:00-da start götürəcək. Bununla da Azərbaycan çempionunun təlim-məşq toplanışı başa çatacaq.

Qeyd edək ki, "Qarabağ" Antalya toplanışı çərçivəsində “Uypeşt” (Macarıstan - 0:1), “Bohemians” (Çexiya - 3:1) və “Pyast”la (Polşa - 1:1) qarşılaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right