Stanimir Stoilov millimizi çalışdıracaq? "Azərbaycanda işləməyi istisna etmirəm"

"Gələcəyim futbolla bağlıdır. Ancaq yeni komanda seçməkdə tələsmirəm. Bir klubun mənə təklif etməsini və razılaşmağımızı gözləyirəm".

Newsport.az sportal.bg saytına istiniadən xəbər verir ki, bu sözləri Qazaxıstan yığmasının baş məşqçi postundan ayrılmış Stanimir Stoilov söyləyib. Bolqarıstanlı mütəxəssis Azərbaycan millisində işləməyi istisna etməyib: "Bu mərhələdə Azərbaycan da daxil olmaqla, hər hansısa ölkədə işləməyi istisna etmirəm. Ancaq dediyim kimi, tələsmirəm. Komanda olmadığı müddətdə təlim keçəcəm. Gələcəkdə faydalı olmaq üçün daha çox məlumat toplamalıyam. Qərbi Avropaya yollanacam. Çünki ora futbolun üst səviyyəsinədir. Orada texnologiya xeyli inkişaf edib və biz Bolqarıstan çox geridə qalırıq. Buna görə də futbolun son tendensiyaları ilə tanış olacam".

Qeyd edək ki, 51 yaşlı mütəxəssis “Levski”, “Liteks”, “Anartosis”, "Botev", "Astana" klubları ilə yanaşı, Bolqarıstan və Qazaxıstan millilərində də baş məşqçi olub.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right