Halldorsson Antalyada kino ssnerasi yazır

"Qarabağ"ın qapıçısı Hannes Halldorsson Antalyada "Piast"la keçirilən yoxlama oyunundan sonra Polşa mətbuatına açıqlama verib. 

Newsport.az xəbər verir ki, İslandiya millisinin üzvü əvvəlcə DÇ-2018-in qrup mərhələsində Argetina millisinin kapitanı Lionel Messinin penalti zərbəsini dəf etməsi ilə bağlı danışıb: "Messinin penaltini necə vuracağını bilirdim. Həm də zərbədən əvvəl onu ritmdən çıxarmaq üçün qışqırdım. İslandlar deyirlər ki, müdafiə olunmağı bacardıq".

İkinci sənəti rejissor olan 35 yaşlı qolkiper Antalya toplanışı zamanı  boş vaxt tapan kimi ssenari yazdığını qeyd edib: "Vaxtım olan kimi, otağıma gedib, qapını bağlayıram və film ssenarisini yazıram. Bu, hadisələrin İslandiya kəndlərinin birində yerləşən fermada baş verdiyi qeyri-adi triller olacaq. Ümid edirəm ki, bir neçə ildən sonra Polşadakı bir festivalda bunu izləyərsiniz".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right