"Keşlə"nin sonuncu oyununun vaxtı açıqlandı

Türkiyədə təlim-məşq toplanışında olan “Keşlə” sabah Antalyada son yoxlama matçını keçirəcək.

 

Newsport.az klubun "facebook" səhifəsinə istinadən xəbər verir ki, paytaxt klubu Rusiyanın MFL çempionatında yarışan "Çertanovo" komandası olacaq.

 

Sabah keçiriləcək qarşılaşma Bakı vaxtı ilə 13:00-da başlayacaq.

 

Qeyd edək ki, "Keşlə" Özbəkistanın U-23 komandası ilə heç-heçə (0:0) edib, Serbiyanın "Dinamo" (Vranye) klubuna 0:2, Qazaxıstan "Atırau" klubuna 1:3 hesabı ilə uduzub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right