Vüqar Məmməd: "Ustalıq səviyyəmizi yüksəltməliyik"

“Məşqlərdən və oyunlardan maksimum yararlanmağa çalışırıq. Hava şəraiti proqramımızı bir neçə dəfə dəyişməyə məcbur edir".
 
Newsport.az xəbər verir ki, bu sözləri 19 yaşadək futbolçulardan ibarət milli komandamızın baş məşqçisi Vüqar Məmməd AFFA-nın saytına açıqlamasında deyib. Antalya toplanışı çərçivəsində Küveytin U-19 komandası ilə keçirilən yoxalama matçını (1:1) şərh edən gənc mütəxəssis futbolçularından razı qaldığını bildirib:

 

"Oyunla bağlı onu deyə bilərəm ki, komandam rəqibdən çox üstün idi. Yeganə çatışmayan amil o oldu ki, yaranmış epizodları qola çevirə bilmədik. Ustalıq səviyyəmizi oyundan oyuna yüksəltməliyik. Düşünürəm ki, bu gün qələbəni düşünməkdən çox kombinasiyalı oyunumuzu düzəltməliyik”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right