"Səbail"in oyunu yarımçıq dayandırıldı

Bu gün keçirdiyi ilk yoxlama oyununda Braziliyanın III liqa təmsilçisi "Raça Sport"a 3:2 hesabı ilə qalib gələn "Səbail" ikinci sınaq matçı yarımçıq dayandırılıb.

Newsport.az-ın məlumatına görə, paytaxt təmsilçisi Qaqzaxıstanın "Kaysar" klubu ilə üz-üzə gəlsə də, görüşü davam etdirmək mümkün olmayıb. Əlverişsiz hava şəraiti oyunun 20-ci dəqiqədən etibarən dayandırılmasına səbəb olub. Beləliklə, "Səbail"in Antalyada sonuncu yoxlama matçı ləğv olunub.

Qeyd edək ki, bunadək 3 oyun keçirən Aftandil Hacıyevin komandası Macarıstan “Aqvital”ına 3:2, Ukrayna "Desna"sına 2:1 hesabı ilə qalib gəlib, İsveçrə "Sürix"i ilə oyun isə heç-heçə başa çatıb - 1:1. "Səbail" sabah Bakıya qayıdacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right