Türkiyədə təlim-məşq toplanışında olan" Səbail” bu gün növbəti yoxlamam oyununu keçirib.
Newsport.az-ın məlumatına görə, paytaxt təmsilçisi ilk olaraq, Braziliyanın III liqa təmsilçisi "Raça Sport"la qarşılaşıb və 3:2 hessabı ilə qalib gəlib.
"Səbail" bu gün Bakı vaxtı ilə saat 16:30-da növbəti oyuna çıxacaq. Komanda Qazaxıstanın “Kaysar” klubu ilə qarşılaşacaq.
Bu, "Səbail"in Antalya toplanışı çərçivəsində sonuncu sınağı olacaq. Bakılılar bunadək 3 oyun keçirib. Komanda “Aqvital” (Macarıstan - 3:2), "Sürix" (İsveçrə - 1:1) və “Desna” (Ukrayna - 2:1) ilə oynayıb.
24 yanvar
"Səbail" - "Raça Sport" (Braziliya) - 3:2
Qollar: Orxan Qurbanlı, 15, 80, Aqşin Qurbanlı, 44
16:30. “Səbail" - “Kaysar” (Qazaxıstan)