Damian Bırtek: "Belə şərtlər altında oynamaq çətin idi"

Polşa "Pyast"ının futbolçusu Damian Bırtek Türkiyənin Antalya bölgəsindəki "Gloria Sports Arena"da "Qarabağ"la 1:1 hesablı heç-heçə etdikləri yoxlama matçından sonra klubun rəsmi saytının suallarını cavablandırıb.
 
- Azərbaycanın aparıcı komandası ilə heç-heçə sizi razı saldı?
- Bəli, razıyam. Dəyərli rəqiblə qarşılaşdıq. "Qarabağ" çox yaxşı komandadır. Belə şərtlər altında oynamaq çətin idi. Amma fikrimcə, biz özümüzü yaxşı tərəfdən göstərdik. Bir neçə epizod yaratdıq və üstəlik, rəqibin yüksək təzyiqi altından dəfələrlə çıxmağı bacardıq. Normal şərtlər altında keçirilsəydi, matç baxımlı və daha cəlbedici alınardı.
 
- Sənin oyununda nə alındı, nə yox?
- Birmənalı demək çətindir. Çünki belə şəraitdə çoxlu təsadüfiliklər baş verə bilər. Həm də bu, 2019-cu ildə bizim təbii örtükdə ilk sınağımız idi. Fiziki baxımdan çox yaxşı təsir bağışlayırdıq və böyük iş gördük. Buna görə də rəqibin özünü də qiymətləndirə bilərik.
 
- Leysan altında və iki müxtəlif meydanda necə oynaya bildiniz?
- Belə halla ilk dəfə qarşılaşdım. Amma şikayətlənə bilmərik. Bu cür yağışa baxmayaraq, ot örtüyü çox yaxşı hazırlanmışdı. Ən əsası, oyunu zədəsiz başa vurduq.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right