“Səbail” bir gündə 2 yoxlama görüşü keçirəcək

Antalyada təlim-məşq toplanışında olan "Səbail" planlarında dəyişiklik olub. Newsport.az xəbər verir ki, Bakı təmsilçisi bu gün 2 yoxlama matçı keçirəcək.
 
Belə ki, Aftandil Hacıyevin komandası əvvəlcə Braziliyanın "Raça" klubuyla keçirəcək. Bu, həmin ölkənin həvəskar liqasının təmsilçisidi və "dənizçilər" ona qarşı ikinci heyətlə oynayacaq. 
 
Günün ikinci yarısında isə Qazaxıstan Premyer Liqa təmsilçisi "Kaysar" klubuyla matç qüvvədə qalır. Bu görüş Bakı vaxtilə saat 16:30-da keçiriləcək.
 
Qeyd edək ki, "Səbail" bundan əvvəl “Aqvital”a (Macarıstan) 3:2 və "Desna"ya 2:1 (Ukrayna) hesabıyla qalib (3:2) gəlib, "Sürix"lə (İsveçrə) heç-heçə (1:1) edib.
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right