Obradoviç "Spartak-2"yə qarşı start heyətini açıqladı

Antalyada təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət milli komandamız bu gün yoxlama oyunu keçirəcək. Newsport.az xəbər verir ki, yığmamız  Rusiyanın “Spartak-2” komandası ilə qarşılaşacaq. 

Görüş Bakı vaxtı ilə saat 12:00-da start götürəcək. Bu, millimizin yeni baş məşqçisi Milan Obradoviçin qeyri-rəsmi debütü olacaq.

Qeyd edək ki, yanvarın 21-dən Antalyada təıim-məşq toplanışında olan yığmamız bugünkü görüşlə hazırlıqlara yekun vuracaq.

24 yanvar

Yoxlama oyunu

12:00. Azərbaycan U-21 – “Spartak-2” (Rusiya)

Azərbaycan U-21: 22. Murad Popov, 3. Ricat Qarayev, 4. Emil Qasımov, 5. Anton Krivotsyuk (k), 7. Nicat Süleymanov, 9. Rövlan Muradov, 10. İsmayıl İbrahimli, 13. Murad Qayalı, 16. Süleyman Əhmədov, 17. Murad Xaçayev, 20. Ömər Buludov    





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right