“Qəbələ” Rusiya klubuna qarşı -

Türkiyədə təlim-məşq toplanışında olan “Qəbələ” bu gün növbəti yoxlama oyununu keçirəcək. Newsport.az xəbər verir ki, “qırmızı-qaralar” Antalya şəhərindəki hazırlıq prosesi çərçivəsində 3-cü sınağına çıxacaq. 


Sənan Qurbanovun baş məşqçisi olduğu komanda Rusiya təmsilçisi “Fakel”lə görüşəcək.


Oyun “Arcadia” otelinin meydançasında baş tutacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.


1947-ci ildə yaranan Voronej təmsilçisi hazırda Rusiya çempionatının 1-ci divizionunda çıxış edir. Ötən mövsüm 20-ci yeri tutan “Fakel” cari çempionatın qış fasiləsinə 14-cü pillədə yollanıb.


“Qəbələ” bunadək Almaniyanın “Meppen” (1:2) və Rusiyanın “Yenisey” (2:2) klubları ilə qarşılaşıb.


Yoxlama oyunu
24 yanvar


18:00. Qəbələ – Fakel
“Arcadia” meydançaları.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right