"Neftçi"dən ayrılan futbolçu Region Liqasında

Region Liqasında II dövrə hazırlıqlarını davam etdirən "FC Baku" növbəti - yeddinci transferini həyata keçirib.

Newsport.az xəbər verir ki, paytaxt təmsilçisi Fərid Abbaslını rənglərinə bağlayıb. Onunla mövsümün sonuna kimi müqavilə imzalanıb.

"İnter"in yetirməsi olan Fərid Abbaslının son klubu "Neftçi" olub. "İnter"in heyətində Premyer Liqa həyəcanı yaşamış 21 yaşlı müdafiəçi MOİK, "Binə" və AZAL kimi komandaların da şərəfini qoruyub. Gənc müdafiəçi "İnter"in heyətində əvəzedicilər çempionatının qalibi və Premyer Liqanın gümüş medallarının sahibi olub.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right