"Gəlişimi Jezniçakın Azərbaycana səfəri ilə müqayisə edirəm"

"Zaqlebie"nin yarımmüdafiəçisi Konrad Vrjezinski karyerasını Qazaxıstanda davam etdirəcək. Newsport.az saytının xarici mətbuata istinadən məlumatına görə, "Kayrat"la 1,5 illik müqavilə bağlayan 25 yaşlı oyunçu maraqlı müsahibə ilə diqqət çəkib.

O, söhbət əsnasında Yakub Jezniçakın "Qarabağ"a transferini xatırladıb: "Mən bura gəlişimi Yakub Jezniçakın Azərbaycana səfəri ilə müqayisə edirəm. Onun hara düşdüyünü bir müddət sonra bildik. Təəssüf ki, biz dünyanın mərkəzində deyilik. Digərləri çox sürətlə inkişaf edir. "Kayrat" əsl Avropa klubu statusunu almaq üçün yüksək səviyyədə təşkilatlanmalıdı".

Qeyd edək ki, Yakub Jezniçak "Qarabağ"a 2017-ci ilin yayında "Legiya"dan keçib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right