"Keşlə" - "Atırau" oyunu canlı yayımda

Mövsümünün ikinci yarısının hazırlıqlarını Türkiyədə davam etdirən "Keşlə" bu gün üçüncü yoxlama matçına çıxacaq.

 

Newsport.az xəbər verir ki, paytaxt təmsilçisi Qazaxıstan Premyer Liqa təmsilçisi "Atırau" klubu ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə 17:00-da başlayacaq.

 

Qarşılaşma PFL-in "YouTube" kanalında canlı yayımlanacaq. Bu barədə Peşəkar Futbol Liqasının "facebook" səhifəsində məlumat yerləşdirilib.

 

Qeyd edək ki, "Keşlə" Özbəkistanın U-23 komandası ilə heç-heçə (0:0) edib, Serbiyanın "Dinamo" (Vranye) klubuna 0:2 hesabı ilə uduzub. Tərlan Əhmədovun komandası Antalyada sonuncu oyununu Rusiya "Çertoanovo"suna qarşı keçirəcək.

 

Yoxlama oyunu

23 yanvar

 

17:00. "Keşlə" (Azərbaycan) - "Atırau" (Qazaxıstan)





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right