Millimiz Rusiya klubu ilə bərabərə qaldı

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması ötən gün yoxlama oyunu keçirib.

Newsport.az-ın məlumatına görə, millimiz Rusiyanın “Krasnodar-3” komandası ilə qarşılaşıb. Görüş 1:1 hesabı ilə başa çatıb. Yığmamızın heyətində Sərhad Daşdəmir fərqlənib.

U-19 hazırlıq çərçivəsində növbəti oyununu yanvarın 24-də Küveytin müvafiq yaş qrupundan ibarət komandasına qarşı keçirəcək. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right