"Futbolçuların tapşırıqları düzgün yerinə yetirmələri bizi qane etdi":Ayxan Abbasov

“Bilirsiniz ki, hazırlıqlar ağır, komanda isə yorğun olur”. Newsport.az xəbər verir ki, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov deyib.

Antalya toplanışı çərçivəsində Makedoniya klubu “Vardar”la sınaq matçı keçirən “kimyaçılar” 3:1 hesablı qələbə qazanıb.

Görüşdən sonra klubun saytına açıqlama verən Abbasov fikirlərini bölüşüb: “Bugünkü oyunda futbolçularımızın istəyi, tapşırıqları düzgün yerinə yetirmələri bizi qane etdi. Qələbə qazandıq və komandamızın oyunundan razı qaldıq. Yoxlama görüşlərində bütün oyunçulara şans verməyə çalışırıq. Çünki, toplanışdan sonra çempionata tam hazır şəkildə başlamalıyıq”.

Qeyd edək ki, “Sumqayıt” ilk yoxlama oyununda Qazaxıstan “Jetisu”su ilə 1:1 hesablı heç-heçə əldə edib.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right