“Danışılmış oyunlar haqqında nələri bilməlisiniz?”

Danışılmış oyunlarla bağlı növbəti seminar keçirilib. Newsport.az AFFA-nın saytına istinadən xəbər verir ki, tədbir Mingəçevirdə təlim-məşq toplanışında olan hakimlər üçün təşkil edilib.

UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Seymur Səlimli “Hakim olaraq dürüstlük məsələləri və danışılmış oyunlar haqqında nələri bilməlisiniz?”, “Əsas məqsəd sizi və futbolu qorumaqdır” mövzularında çıxış edib, İdman Yarışlarının Manipulyasiyası haqqında Konvensiya, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və Bədən Tərbiyəsi və İdman haqqında Azərbaycan Respublikasının Qanununa bir sıra əlavə və dəyişikliklər, İntizam Komitəsinin İntizam Məcəlləsi haqqında məlumat verib. Maarifləndirici və hesabat xarakterli təqdimatla çıxış edən S. Səlimli hakimlərin suallarını cavablandıran zaman bildirib ki, bu cür neqativ hallarla və ya şübhəli məqamlarla qarşılaşdıqda müvafiq ünvanlara məlumat göndərə bilərlər.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right